Şair Nüsrət Kəsəmənlinin doğum günüdür

Şair Nüsrət Kəsəmənlinin doğum günüdür






presstv

"Presstv"az #Ağstafa, #Audi, #Azərbaycan, #Bakı, #Baş redaktor, #Doğum günü, #Vəfat edib, #Vəzifə, #Yazıçı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dekabrın 29-da azərbaycanlı şair, publisist, ssenarist Nüsrət Kəsəmənlinin doğum günüdür.

presstvaz xatırladır ki, Nüsrət Kəsəmənli 1946-cı ildə Ağstafa rayonunda anadan olub.

O, 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə daxil olub.

Universitetin II kursundaykən 1969-cu ildə “Bakı” və “Baku” qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilib. Universiteti bitirdikdən sonra 1978-1985-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olub.

1960-cı illərin əvvəlindən bədii yaradıcılığa başlayıb. 150-dək şerinə musiqi bəstələnib. “Boş kəndlərin harayı”, “Mövzu üzrə improvizasiya”, “Ənbizlərin keşiyində”, “Sovet Azərbaycanına səyahət” və s. sənədli filmlərin, “Afroditanın qolları”, “Qarabağ əhvalatı” bədii filmlərin ssenari müəllifidir. Moskvada gənc yazıçıların VI, VII Ümumittifaq müşavirələrində iştirak edib.

1981-1984-cü illərdə fəal ictimaiyyətçi olub: Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri, mədəniyyət işçiləri həmkarlar ittifaqı respublika komitəsi rəyasət heyətinin üzvlüyünə namizəd, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI, VII qurultayında idarə heyətinin üzvü, poeziya şurasının sədri seçilib. 1985-ci ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor işləyib.

1985-ci ildən “Dünyaya pəncərə” sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olub. 15 oktyabr 2003-cü ildə Təbrizdə vəfat edib.

Vətəndaş Həmrəyliyi Partiyasının qurucularından biri və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən olub.

Azərbaycanda daha çox yazdığı sevgi şeirləri ilə tanınıb və bir çox mahnılara şeirlər yazıb. Eyni zamanda, Nüsrət Kəsəmənli məhəbbət janrında yazdığı şeirlərlə Azərbaycan ədəbiyyatında başqa bir səhifə açıb.

“Daha nağıllara inanmıram mən”, “Biri vardı, biri yox”, “Səni unutsam”, “Vətən alov etsin odunu sənin”, “Mənsiz qalacaqdır bu dünya bir gün”, “Oğru olmaq istəyirəm”, “Ağacın altında kölgə”, “Qoyunlar yeyəcək canavarları”, “Məhəbbətdən küsəndə”, “Yoxdursa”, “Mənim o ağaca yazığım gəlir”, “Mənə inanmırsan bir yuxu kimi”, “İnanma əzizim, inan əzizim” məşhur şeirlərindən sayılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv