"ABŞ, Avropa və İsraillə tammiqyaslı müharibədəyik"

"ABŞ, Avropa və İsraillə tammiqyaslı müharibədəyik"






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Azərbaycan, #Çin, #İran, #İsrail, #Məsud Pezeşkian, #Müharibə, #Özbəkistan, #Qazax, #Qazaxıstan, #Qırğızıstan, #Rusiya, #Tacikistan, #Tehran, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ, İsrail və Avropa faktiki olaraq İrana qarşı müharibə aparır.

presstvaz məlumatına görə, bu fikri İran Prezidenti Məsud Pezeşkian ali dini lider Ayətullah Əli Xameneinin saytında dərc olunmuş müsahibəsində ifadə edib.

"Mənim fikrimcə, biz Amerika, İsrail və Avropa ilə tammiqyaslı müharibə vəziyyətindəyik. Onlar istəmirlər ki, ölkəmiz möhkəm şəkildə ayaqda dursun", – deyə o bildirib.

Pezeşkianın sözlərinə görə, İranın hərbi qüvvələri əvvəlki hücumlar zamanı olduğundan xeyli güclənib. O əlavə edib ki, yeni zərbələr olacağı təqdirdə, Tehran "daha qətiyyətli cavab" verməyə hazırdır.

Eyni zamanda, İslam Respublikasının Prezidenti qeyd edib ki, İran qonşu ölkələrlə, o cümlədən mədəniyyət və iqtisadiyyat sahəsində münasibətləri əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bu kontekstdə o, Azərbaycanı, Özbəkistanı, Türkiyəni, BƏƏ-ni və digər ölkələri xatırladıb.

Pezeşkian əlavə edib ki, İran Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistanla "çox yaxşı münasibətlər" qurub. /"Report"


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv