Türkiyədən dünya aviasiya tarixində bir ilk

Türkiyədən dünya aviasiya tarixində bir ilk






presstv

"Presstv"az #Avto, #təyyarə, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dünya aviasiya tarixində ilk dəfə olaraq Türkiyədə iki pilotsuz döyüş təyyarəsi avtonom şəkildə bir-birinə çox yaxın məsafədə uçuş həyata keçirib.

presstvaz qafqazinfo-ya istinadən xəbər verir ki, "Baykar" şirkəti tərəfindən verilən açıqlamaya görə, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan "Bayraktar Kızılelma"nın inkişaf prosesi yeni qabiliyyətlərin inteqrasiyası ilə ardıcıl şəkildə davam edir.

Çorluda yerləşən "AKINCI" Uçuş Təlim və Sınaq Mərkəzində aparılan işlər çərçivəsində iki fərqli "Bayraktar Kızılelma" prototipi eyni vaxtda səmada tapşırıq icra edib.

Keçirilən sınaq uçuşunda "Bayraktar Kızılelma" nın üçüncü prototipi PT3 və beşinci prototipi PT5 bir-birinin ardınca havaya qalxıb. Səmaya qalxan iki pilotsuz döyüş təyyarəsi "Baykar" mühəndisləri tərəfindən hazırlanmış ağıllı filo avtonomiyası alqoritmləri sayəsində bir-biri ilə koordinasiyalı şəkildə hərəkət edərək, avtonom döyüş pilotu rejimində formasiya uçuşu həyata keçirib.

Bununla da, dünya aviasiya tarixində ilk dəfə iki pilotsuz döyüş təyyarəsi avtonom olaraq bir-birinə çox yaxın məsafədə uçuşu icra edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv