DYP hərəkət iştirakçılarına XƏBƏRDARLIQ etdi

DYP hərəkət iştirakçılarına XƏBƏRDARLIQ etdi






presstv

"Presstv"az #Audi, #Avto, #avtomobillər, #Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ), #Qış mövsümü

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Respublikanın bir sıra dağlıq və dağətəyi rayonlarında qarın yağması və hava temperaturunun aşağı düşməsi nəticəsində yol şəraiti mürəkkəbləşib.

presstvaz xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

İdarə xəbərdarlıq edib ki, axşam saatlarında temperaturun daha da enməsi səbəbindən yol örtüyündə gizli buzlaşma ehtimalı artır və bu, qəza riskini əhəmiyyətli dərəcədə yüksəldir. Hərəkət iştirakçılarının mənzil başına təhlükəsiz çatması üçün yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparsa da, bəzi sürücülərin yola hazırlıqsız çıxması həm onların özləri, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır.

“BDYPİ axşam saatlarında yol şəraitinin daha riskli olduğunu nəzərə alaraq sürücüləri səfərlərə çıxarkən axşam saatlarında yol şəraitinin daha təhlükəli olduğunu unutmamağa, qış mövsümünə uyğun təchiz edilməmiş, xüsusilə şinlərinin protektor hündürlüyü normadan az olan, işıqlandırma və isitmə sistemləri nasaz avtomobillərlə riskli istiqamətlər üzrə hərəkətdən çəkinməyə, körpülərdə, sərt döngələrdə, enişli-yoxuşlu və buzlaşmaya meyilli yol sahələrində axşam saatlarında daha yüksək diqqət və ehtiyat göstərməyə çağırır.

Sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə isə gecə və axşam saatlarında mümkün qədər alternativ və daha təhlükəsiz marşrutlardan istifadə etmələri tövsiyə olunur”, – məlumatda deyilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv