Azərbaycanda söküntü ilə bağlı YENİ AÇIQLAMA – Gələn ildən…

Azərbaycanda söküntü ilə bağlı YENİ AÇIQLAMA – Gələn ildən…






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Bakı Şəhər İcra Hakimiyyəti, #Hakim, #Nazirlər Kabineti, #Qəzalı bina, #Qəzalı binalar

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Söküntü prosesində ilk növbədə qəzalı binalar sökülür. Çünki qəzalı binalarda vətəndaşlarımızın yaşaması təhlükəlidir. Ona görə bu il müvafiq icra strukturları 200-ə yaxın qəzalı binanı aktlaşdıraraq onların söküntüsünə qərar verib. Növbəti ildə də eyni proses gedəcək".

presstvaz bildirir ki, bu sözləri baku.ws-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, gələn il təkcə Bakı və Abşeron yarımadasında deyil, bütün Azərbaycanı əhatə edən bir söküntü prosesi olacaq:

"Bu, istismar müddətini bitirmiş binaları əhatə edəcək. Onların yerində yeni binalar inşa ediləcək və bu proses böyük bir dövrü əhatə edəcək.

İlk növbədə qəzalı binaların söküntüsü olacaq. İkinci növbədə istismar müddətini başa vurmuş binalara üstünlük veriləcək. Üçüncü mərhələ isə layihənin tam yekunlaşmasını əhatə edəcək və bütün köhnə binalara şamil ediləcək. Mərhələli plan üzrə ölkədəki köhnə binaların yeni binalarla əvəz olunması prosesi davam edəcək.

Söküntü zamanı kompensasiya məbləği Bakı Şəhər İcra Hakimiyyəti və Nazirlər Kabinetinin müəyyən etdiyinə görə əvvəllər 1500 manat ödənilirdi. Son rəqəm 2700 manata çatıb. Müvafiq razılıq əsasında qiymətləndirmə şirkətləri tərəfindən hər hansı bir bina söküləndə satınalma elan olunur. Qiymətləndirmə şirkətləri həmin satınalmada iştirak edərək bu sifarişi götürür və sökülən binanın ərazi və infrastruktura görə qiymətini müəyyənləşdirir.

Fikrimcə, söküntü aparılan ərazidə həmin binanın bazar dəyəri yox, ətrafındakı yeni tikililərin bir kvadrat metrinin dəyəri qədər kompensasiya verilməlidir. Bu halda vətəndaş kompensasiyaya uyğun yeni mənzil almaqda çətinliklə üzləşməz".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv