Abşeronda kişi bankomatdan pul oğurlayıb qonşulara xərclədi

Abşeronda kişi bankomatdan pul oğurlayıb qonşulara xərclədi






presstv

"Presstv"az #Abşeron Rayon Məhkəməsi, #Ailə, #Audi, #Cinayət işi, #Hadisə, #Heydər Əliyev, #Xırdalan şəhəri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Abşeronda kişi bankomatdan götürdüyü başqasına məxsus pulu kasıb qonşularına xərcləyib.

presstvaz Lent.az-a istinadla xəbər verir ki, hadisə Xırdalan şəhəri, Heydər Əliyev prospektində baş verib.

İttiham aktına əsasən, 47 yaşlı Nəcəf Mədətov (ad və soyad şərtidir) bankomat aparatının ekranında 1 300 manat məbləğin əks olunduğunu görüb və “təsdiq” düyməsini basaraq pulu götürüb. Onun sözlərinə görə, həmin vəsaitlə həm öz ailəsi üçün ərzaq alıb, həm də aztəminatlı qonşularına maddi yardım göstərib.

Bu əmələ görə Nəcəf Mədətov saxlanılıb və barəsində cinayət işi açılıb.

Zərərçəkmiş şəxs ifadəsində bildirib ki, bank kartını bankomata daxil edib PIN-kodu yığsa da, aparatın pul vermədiyini görərək kartını çıxarıb və ərazini tərk edib. Lakin əməliyyatı sonlandırmadığı üçün məlumatlar bankomatın ekranında qalıb. Zərərçəkən şəxs ona dəyən maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını qeyd edib.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə Nəcəf Mədətov barəsində 2 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv