İran və Şimali Koreya arasında gizli maliyyə əlaqələri aşkarlandı

İran və Şimali Koreya arasında gizli maliyyə əlaqələri aşkarlandı






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Cənubi Koreya, #Dollar, #İran, #İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), #Kriptovalyuta, #Şimali Koreya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cənubi Koreyada yayımlanan hesabata görə, İran və Şimali Koreya arasında çirkli pulların yuyulması ilə bağlı gizli maliyyə əlaqələri üzə çıxıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Araşdırmada bu əməliyyatların kriptovalyutalar vasitəsilə həyata keçirildiyi bildirilir.

“Chosun” qəzetinin yazdığına görə, Federal Təhqiqat Bürosu (FTB) tərəfindən axtarılan Şimali Koreya vətəndaşı Sim Hyun Sup bu şəbəkədə əsas fiqurlardan olub.

“TRM Labs” şirkətinin araşdırmasına əsasən, 2025-ci ilin fevralında onun nəzarətində olan kriptovalyuta pulqabından İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli ünvanlara ən azı 67 min dollar köçürülüb.

Məlumata görə, İran bu yolla sanksiyalardan yayınaraq vəsaitləri dollara çevirmək və hətta neft ticarətində istifadə etmək imkanı qazanıb.

Hesabatda qeyd olunur ki, Sim Hyun Sup uzun müddət Küveyt və BƏƏ-də fəaliyyət göstərib, “Sim Əli” və “Sim Hacim” adları ilə özünü təqdim edib və Şimali Koreyanın Xarici Ticarət Bankı ilə əlaqəli olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv