Azərbaycan bir ölkəyə yoğurt satır, 13 ölkədən isə alır

Azərbaycan bir ölkəyə yoğurt satır, 13 ölkədən isə alır






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Belarus, #Dollar, #Gürcüstan, #İran, #Qazax, #Qazaxıstan, #Rusiya, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana ümumi dəyəri 5 milyon 562.12 min dollar olan 2 572.27 ton yoğurt idxal olunub.

presstvaz rəsmi statistikaya istinadən xəbər verir ki, 2024-cü ilin 10 ayının yekunlarına görə isə ölkəyə ümumi dəyəri isə 3 milyon 627.51 min dollar olan 2 min 225.87 ton yoğurt gətirilib. Bu isə onu göstərir ki, cari ildə yoğurt idxalı dəyər baxımından kəskin artıb.

Bu il əsas idxalçı ölkə Qazaxıstan olub, oradan dəyəri 3 milyon 712.58 min dollar olan 1 753.14 ton yoğurt alınıb. Belarusdan idxal 380.5 ton (657.9 min dollar), Rusiyadan isə 249.02 ton (850,84 min dollar) təşkil edib. Eyni zamanda İran, Türkiyə və Avropa İttifaqı ölkələrindən ölkəyə yoğurt gətirilib.

Azərbaycandan ancaq Gürcüstana yoğurt ixrac olunub. Bu il qonşu ölkəyə 682.64 dollar dəyərində 327.8 ton yoğurt satılıb. Ötən il isə Gürcüstana 202.49 min dollar dəyərində 99.13 ton yoğurt ixrac olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv