Çindən Azərbaycana “uşaq oyuncaqları” adı altında başqa mallar gətirmək istədilər

Çindən Azərbaycana “uşaq oyuncaqları” adı altında başqa mallar gətirmək istədilər






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Azərbaycan, #Bakı, #Çin, #Çin Xalq Respublikası, #Dövlət Gömrük Komitəsi (DGK)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Uşaq oyuncaqları” adı altında gətirilən malların içindən bəyan olunmayan müxtəlif adda məhsullar aşkar edilib.

presstvaz xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Bildirilib ki, Bakı Baş Gömrük İdarəsi “Abşeron” gömrük postunda Çin Xalq Respublikasından gətirilən yüklərə gömrük baxışı zamanı gömrük bəyannaməsində “yumşaq oyuncaq” kimi qeyd edilən yükün içərisində faktiki olaraq gömrük qanunvericiliyi pozulmaqla digər malların gətirildiyi müəyyən olunub.

“Nəzarət və eyniləşdirmə prosedurları zamanı gömrük orqanına bəyan edilməyən müxtəlif adda məişət əşyaları, idman malları, dəftərxana ləvazimatları və digər məhsullar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır”, – məlumatda qeyd olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv