Süni intellekt dövrü: 2025-ci ildə dünyanın ən zənginləri texnoloji məhsullardan nə qədər pul qazanıblar?

Süni intellekt dövrü: 2025-ci ildə dünyanın ən zənginləri texnoloji məhsullardan nə qədər pul qazanıblar?






presstv

"Presstv"az #ABŞ, #Audi, #Çin, #Dollar, #Hindistan, #İlon Mask, #milyarderlər, #Süni intellekt, #Tesla

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İlin əvvəlindən etibarən ABŞ-nin ən zəngin 10 texnoloji milyarderinin ümumi sərvəti süni intellekt sahəsinə qoyulan investisiyalar hesabına 550 milyard dollar artıb.

presstvaz bu barədə “Financial Times” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, söhbət məlumat emalı mərkəzlərinin tikintisi, müxtəlif tətbiqlərin hazırlanması, çiplərin yaradılması və süni intellektlə bağlı digər texnoloji məhsullara yatırılan investisiyalardan gedir.

Bildirilir ki, ABŞ-nin texnoloji milyarderləri siyahısına İlon Mask rəhbərlik edir. “Tesla” və “SpaceX” şirkətlərinin təsisçisi, həmçinin “xAI” layihəsinin sahibi olan Maskın sərvəti ilin əvvəlindən 49 faiz artaraq 700 milyard dolları keçib.

“Forbes” jurnalının qiymətləndirmələrinə görə, süni intellekt sahəsində aparılan aktiv fəaliyyət nəticəsində 2025-ci ildə dünya üzrə 500-dən çox yeni şəxs milyarderlər siyahısına daxil olub.

Nəşr qeyd edir ki, 2025-ci ildə süni intellekt sektorunda rekord səviyyədə aktivlik müşahidə edilib. İnvestorlar bu sahəyə 200 milyard dollardan artıq vəsait yatırıblar. 2025-ci ilin yekunlarına əsasən, “Forbes”un milyarderlər siyahısına dünya üzrə 3028 nəfər daxil edilib ki, bu da ötən illə müqayisədə 247 nəfər çoxdur.

Dünyanın ən zəngin insanlarının ümumi sərvəti isə 2025-ci ildə rekord həddə – 16,1 trilyon dollara yüksəlib. Bu göstərici 2024-cü illə müqayisədə təxminən 2 trilyon dollar çoxdur. Milyarderlərin sayına görə ABŞ lider mövqedədir (902 nəfər). Onu Çin (516 nəfər) və Hindistan (205 nəfər) izləyir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv