Dayısının arvadını nişan məclisinə çağırıb evini qarət etdi – Ağcabədidəki cinayətin təfərrüatı

Dayısının arvadını nişan məclisinə çağırıb evini qarət etdi – Ağcabədidəki cinayətin təfərrüatı






presstv

"Presstv"az #Ağcabədi, #Audi, #Cinayət işi, #Hadisə, #Orta məktəb

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ağcabədi rayonunda 18 yaşlı oğlan rəhmətə getmiş dayısının arvadının pulunu oğurlayıb.

presstvaz-ın məlumatına görə, hadisə Ağcabədi şəhəri, N.Abdullayev küçəsindəki fərdi yaşayış evində baş verib. Şəhər sakini, 2007-ci il təvəllüdlü Nahid Hümbətov (ad və soyad şərtidir) orta məktəbi bitirsə də heç yerdə işləməyib.

Nahidin dünyasının dəyişmiş dayısının həyat yoldaşı onlara gələndə, söhbət zamanı pul yığdığını bildirib. Bundan sonra Nahid onun evini qarət etməyi planlaşdırıb.

Bir müddət sonra Nahidin bacısının nişan mərasimi olub. Mərhum dayısının həyat yoldaşı da övladları ilə birlikdə məclisdə iştirak edib. Qadın Nahidgilə gələndə deyib ki, evindən çıxanda qapı bağlaya bilməyib, çünki açar yeri xarab olub.

Bunu eşidən Nahid yaranmış fürsətdən istifadə edərək, əvvəlcədən planlaşdırıdığı qarət planını həyata keçirməyə qərar verib. Nişan mərasimi başlanandan az sonra o, məclisdən çıxaraq mərhum dayısının evinə yollanıb. N.Hümbətov açıq qapıdan evə daxil olaraq, mənzildəki sandığın içərisindəki pulla dolu şüşə balonu götürüb və hadisə yerindən qaçıb. Gənc oğlan kənar ərazidə şüşə balonun içərisindəki 4500 manatı götürərək, qabı zibilliyə atıb.

Məclisdən evə qayıdan qadın mənzilin qarət olunduğunu bilib və polisə məlumat verib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisədə şübhəli bilinən N.Abdullayev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə N.Abdullayevə iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv