Patriarx Kirill İlham Əliyevi təbrik edib

Patriarx Kirill İlham Əliyevi təbrik edib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Doğum günü, #Hakim, #İlham Əliyev, #Rusiya, #Təbrik, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.​

presstvaz AZƏRTAC-a istinadən həmin məktubun mətnini təqdim edir:

“Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Siz Azərbaycan Respublikasının Prezidenti kimi ali dövləti vəzifənizdə doğma ölkənizə və vətəndaşlarınıza daim yüksək qayğı göstərir, uğurlu sosial-iqtisadi siyasət həyata keçirir, beynəlxalq gündəliyin formalaşdırılmasına və ictimai asayişin qorunmasına mühüm töhfələr verirsiniz. Müasir mürəkkəb geosiyasi şəraitdə bu vəzifələrin icrası dövlət başçısından strateji düşüncə, yüksək məsuliyyət və xüsusi analitik yanaşma tələb edir.

Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları ilə Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının səmərəli əməkdaşlığının dəstəklənməsinə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Ümidvaram ki, formalaşmış mövcud qarşılıqlı münasibətlərin inkişafı gələcəkdə də insanların həyatında ənənəvi mənəvi dəyərlərin möhkəmlənməsinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı və rifah, Uca Allahdan kömək, Azərbaycan xalqının firavanlığı naminə gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv