Sahibkarlarla növbəti görüş Şirvan rayonunda keçirilib

Sahibkarlarla növbəti görüş Şirvan rayonunda keçirilib






presstv

"Presstv"az #Audi, #Hakim, #Kommunal xidmət, #Torpaq sahəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Şirvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

presstvaz xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.

Tədbirdə kənd təsərrüfatı, sənaye, heyvandarlıq sahələrində fəaliyyət göstərən 80-ə yaxın sahibkar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov rayonda sahibkarlıq fəaliyyəti və əlverişli işgüzar mühit, dövlətin həyata keçirdiyi dəstək tədbirləri və rayonun iqtisadi potensialı barədə ətraflı məlumat veriblər. Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində keçirilən tədbirdə rayonun sənaye ənənələri ilə yanaşı, ticarət, logistika və xidmət kimi sahələrdə də geniş potensiala malik olduğu qeyd edilib. Bildirilib ki, Şirvanda, eləcə də ətraf şəhər və rayonlarda fəaliyyət göstərən sahibkarlar KOB dostlarına müraciət edərək biznesin qurulması və mövcud fəaliyyətin genişləndirilməsi üçün informasiya, məsləhət, əlaqələndirmə və digər istiqamətlərdə dəstək ala bilərlər.

Görüşdə sahibkarların fikir və təklifləri dinlənilib, qaldırılan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Sahibkarlarla müəssisə tikintisi üçün torpaq sahəsinin ayrılması, istixana təsərrüfatının kommunal xidmətlərə qoşulması, güzəştli kreditlərin verilməsi və s. istiqamətlərdə müzakirələr aparılıb, sualları cavablandırılıb.

KOBİA nümayəndələri, həmçinin Şirvanda fiziki şəxs Seyidzaman Səmədovun tikiş sexinin və Hacıqabulda “Teodoro” MMC-nin dam örtükləri istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub, sahibkarlarla biznesin inkişafına dair fikir mübadiləsi aparıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv