Yeni il gecəsi bulvara gedənlərə şad xəbər

Yeni il gecəsi bulvara gedənlərə şad xəbər






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), #Bakı, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən müntəzəm marşrutlar yanvarın 1-də saat 01:30-dək fəaliyyət göstərəcək.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, bayram günlərində xüsusilə Dənizkənarı Milli Park və şəhərin mərkəzi əraziləri istiqamətində Yeni il şənlikləri və atəşfəşanlıqla əlaqədar sərnişin axınının daha intensiv olacağı nəzərə alınaraq təhlükəsiz, rahat və fasiləsiz daşınmanın təmin edilməsi məqsədilə müntəzəm marşrutlar üzrə fəaliyyət göstərən daşıyıcılara müvafiq tapşırıqlar verilib.

Qeyri-iş günlərində də sərnişindaşıma fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təşkil edilməsi, sürücülərin təsdiq olunan hərəkət qrafikinə riayət edilməsinə nəzarətin gücləndirilməsi daşıyıcıların diqqətinə çatdırılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv