Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ISO 17025 standartına görə beynəlxalq akkreditasiyasını davam etdirir

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ISO 17025 standartına görə beynəlxalq akkreditasiyasını davam etdirir






presstv

"Presstv"az #Audi, #Ədliyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türk Akkreditasiya Qurumunun (TÜRKAK) İdarə Heyətinin 22 dekabr 2025-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin akkreditasiyası yenilənib. Qərar Mərkəzdə aparılan tədqiqatlarda istifadə edilən metodların standartlaşdırılması və ISO/IEC 17025 “Sınaq və kalibrasiya laboratoriyalarının yetərliliyi üzrə ümumi şərtlər” standartına görə akkreditasiyası prosesinin davamı olaraq audit heyətinin yekun rəyinə əsasən verilib.

2012-ci ildən etibarən həyata keçirilən bu proses çərçivəsində Məhkəmə Ekspertizası Mərkəzinin keyfiyyət idarəetmə sisteminin işləkliyi təmin olunub. Tədqiqatların aparıldığı laboratoriyaların işinin standartın tələblərinə uyğunlaşdırılması, texniki təminat məsələlərinin mütəmadi olaraq təkmilləşdirilməsi, ekspertlərin peşəkar yetərliliyinin təmin edilməsi və beynəlxalq təcrübənin öyrənilməsi yolu ilə keyfiyyətin yüksəldilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Hazırda Mərkəzdə ballistik, trasoloji (o cümlədən daktiloskopik), əlyazmaların və sənədlərin texniki ekspertizaları sahəsində 6 ekspert ixtisası üzrə 16 tədqiqat metodu ISO 17025 standartına uyğun akkreditə olunub və beynəlxalq səviyyədə tanınır. Mərkəzdə digər tədqiqat metodlarının da standartlaşdırılması və akkreditasiya tələblərinə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv