Misir Mərdanovdan Məleykə Abbaszadənin fikrinə münasibət: “Yavaş-yavaş repetitorluğun qarşısını almaq olar”

Misir Mərdanovdan Məleykə Abbaszadənin fikrinə münasibət: “Yavaş-yavaş repetitorluğun qarşısını almaq olar”






presstv

"Presstv"az #Audi, #Məleykə Abbaszadə, #Misir, #Qəbul imtahanları, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bizim nəşr etdiyimiz dərs vəsaitlərini oxumaq kifayətdir. Uşaq nizam-intizamlıdırsa, öz üzərində işləməyi bacarırsa, repetitora ehtiyac yoxdur”.

presstvaz  Oxu.az-a istinadən bildirir ki, bu fikirləri  Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

Sabiq təhsil naziri Misir Mərdanov mövzu ilə bağlı presstvaz-a açıqlama verib.

O qeyd edib ki, proses düzgün qurulmalıdır:

“13 ildir ki, o sahədən uzaqlaşmışam. Buna görə də dərs vəsaitlərinin səviyyəsi ilə tanış deyiləm, dəqiq fikir söyləyə bilmirəm. Mənim dövrümdə repetitor yanına getmədən ali təhsil ocaqlarına qəbul olanlar da var idi. Lakin statistikanı o vaxt hesablamamışdıq, indi də bilinmir. Çünki repetitorluq gizli fəaliyyət kimidir.

Repetitorluğu hər hansı bir əmrlə sıradan çıxara bilməzsən. Bu, bir günün içində mümkün deyil. Həm qəbul imtahanlarına düşən suallar, həm də məktəbdə tədrisin vəziyyəti bir-birinə uyğun olmalıdır. Belə olan təqdirdə yavaş-yavaş repetitorluğun qarşısını almaq olar”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv