“Azad Azərbaycan” telekanalının fəaliyyətə başlamasından 25 il ötür

“Azad Azərbaycan” telekanalının fəaliyyətə başlamasından 25 il ötür






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #kanalda, #Rusiya, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azad Azərbaycan” telekanalının fəaliyyətə başlamasından 25 il ötür.

presstvaz xəbər verir ki, ATV telekanalı 2000-ci il dekabrın 25-də özəl televiziya kanalı olaraq fəaliyyətə başlayıb.

İlk efir vaxtlarında yayım saatını əsasən kliplər, bədii və cizgi filmlər təşkil edib. Lakin 2002-ci ildən “Son Xəbər” adlı xəbər verilişi ilə informasiya proqramlarının yayımına başlayıb. 31 dekabr 2007-ci il tarixinə qədər azərbaycanca verilişlərlə yanaşı, rus dilində də verilişlər yayımlanıb. Sonradan Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qanuna görə 2008-ci ildə tamamilə Azərbaycan dilində yayıma keçib.

2011-ci ildə telekanalda əsaslı dəyişikliklər başlayıb. Telekanalın rəhbərliyi dəyişib. Həmçinin kanalın 10 ildən çox müddəti olan loqotipi də 10 may 2011-ci il tarixində dəyişdirilib. Verilişlərin məzmunu, keyfiyyəti yaxşılaşıb. Televiziyanın sutkalıq yayımı 24 saata çatdırılıb. Televiziyanın ümumi efir vaxtının 93 faizini şəxsi istehsal proqramları (verilişlər və yerli seriallar), 4 faizini xaricdə istehsal olunan filmlər, 3 faizini isə reklam materialları təşkil etməyə başlayıb.

4 yanvar 2016-cı il tarixindən etibarən Rusiyanın “NTV Plus” kabel televiziyasında yayımlanır.

28 yanvar 2022-ci ildən etibarən “Azerspace-1” peykində HD yayım formatına keçib.

presstvaz kollektivi “Azad Azərbaycan” telekanalını təbrik edir, kollektivə işlərində daha böyük nailiyyətlər arzulayır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv