Şimali Koreya tikilməkdə olan atom sualtı qayığını nümayiş etdirdi

Şimali Koreya tikilməkdə olan atom sualtı qayığını nümayiş etdirdi






presstv

"Presstv"az #Audi, #Ballistik raket, #Gəmi, #Kim Çen In, #Şimali Koreya, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şimali Koreya lideri Kim Çen In strateji idarə olunan raketlərlə təchiz olunmuş atom sualtı qayığının tikildiyi yeri ziyarət edib. O, respublikanın “nüvə qalxanının” daha da gücləndirilməsinə çağırıb və bunu “indiki nəslin vəzifəsi” adlandırıb.

presstvaz-ın xəbərinə görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat verib.

Məlumata görə, Kim Çen In 8 700 tonluq atom sualtı qayığına baxış keçirib. O, yeni “gizli sualtı silahlar” üzrə tədqiqatlarla tanış olub və hərbi-dəniz qüvvələrinin yenidən təşkili və yeni bölmələrin yaradılması üçün strateji planları müəyyən edib.

Şimali Koreya lideri strateji atom hücum sualtı qayığının inşasının Şimali Koreyanın özünümüdafiəsi üçün vacibliyini vurğulayıb.

Qeyd edək ki, mart ayında Şimali Koreya lideri gəmiqayırma zavoduna baş çəkib və orada ölkənin ilk atom sualtı qayığının inşasının zəruriliyini rəsmi olaraq elan edib. Bu, Kim Çen Inın casus peykləri və bərk yanacaqlı qitələrarası ballistik raketlərlə yanaşı inkişaf etdirməyi vəd etdiyi qabaqcıl silah sistemləri arasındadır.

Yerli KİV-in bildirdiyinə görə, Şimali Koreya 150 nüvə başlığına malikdir və bu sayı 2040-cı ildə 400-dək artıra bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv