Türkiyədə əməliyyat: Narkotikin gizlədildiyi yer heyrətləndirdi

Türkiyədə əməliyyat: Narkotikin gizlədildiyi yer heyrətləndirdi






presstv

"Presstv"az #Araşdırma, #Audi, #DNT, #Türkiyə, #Yük maşını

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin Siirt bölgəsində keçirilən əməliyyat zamanı xırda mal-qaranın qarın boşluqlarında gizlədilmiş metamfetamin narkotik maddəsi aşkarlanaraq müsadirə edilib.

presstvaz-ın xəbərinə görə, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında məlumat verib.

“Vətəndaşlarımın bilməsini istəyirəm ki, hansı üsuldan istifadə etsələr də, zəhər tacirləri ilə mübarizəmiz amansız şəkildə davam edir”, – deyə o bildirib.

Ali Yerlikaya, həmçinin əməliyyatla bağlı detalları da açıqlayıb.

“Siirt və Hakkari Narkotik Cinayətkarlıqla Mübarizə İdarələri və Hakkari Kəşfiyyat İdarəsinin qrupları tərəfindən aparılan koordinasiyalı əməliyyat zamanı Siirtin Baykan rayonunda saxlanılan bir yük maşınının qoşqusunda bəzi xırdabuynuzlu heyvanların qarın boşluqlarının yan hissəsində şübhəli tikiş izləri aşkar edilib. Diqqətli araşdırmalar nəticəsində 29 xırdabuynuzlu heyvanın qarın boşluqlarının içində professional şəkildə gizlədilmiş 54.6 kiloqram metamfetamin narkotik maddəsi ələ keçirilib”, – deyə nazir qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv