Tehranda əfqanıstanlı general öldürüldü

Tehranda əfqanıstanlı general öldürüldü






presstv

"Presstv"az #Audi, #Əfqanıstan, #Hadisə, #İran, #Tehran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tehranda Əfqanıstanın Təxar əyalətinin keçmiş polis komandiri, general Əkrəməddin Səriyə qarşı silahlı terror hücumu təsdiqlənib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, general dekabrın 24-də evinə qayıdarkən naməlum silahlı şəxslər tərəfindən açılan atəş nəticəsində ölüb.

Əfqanıstan Milli Müqavimət Cəbhəsinin Siyasi Komitəsinin sədri Əli Meysam Nəzəri hadisəni “açıq cinayət” adlandıraraq, generalın uzun illər xalqının təhlükəsizliyi üçün çalışdığını və onun ölümünün ölkə üçün böyük itki olduğunu bildirib.

Nəzərinin sözlərinə görə, bu sui-qəsd “Taliban”ın yalnız Əfqanıstan daxilində deyil, ölkə hüdudlarından kənarda da müxalif fiqurları hədəf alma siyasətinin davam etdiyini açıqlayıb.

O vurğulayıb ki, bu cür hücumlar bölgədə qeyri-sabitliyin və təhlükəsizlik təhdidlərinin artmasına xidmət edir.

Tehranda əfqanıstanlı general öldürüldü


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv