“Bəzilərinin ürəyi dayanmışdı” – AZAL təyyarəsinin qəzasında xəsarət alanların həyatı necə xilas edilib?

“Bəzilərinin ürəyi dayanmışdı” – AZAL təyyarəsinin qəzasında xəsarət alanların həyatı necə xilas edilib?






presstv

"Presstv"az #Aktau, #Aktau şəhəri, #Audi, #AZAL təyyarəsinin qəzası, #Azərbaycan, #Bakı, #Hadisə, #Hava Yolları, #Həkim, #Qazax, #Qazaxıstan, #Qroznı, #təyyarə, #Təyyarə qəzası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin “J2-8243” nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer E190” təyyarəsi Qazaxıstanın Aktau şəhərindən üç kilometr aralıda qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 62 sərnişin, beş ekipaj üzvü olmaqla ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində iki uçuş heyəti üzvü, böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olub.

İnsan itkisi və xəsarət alanların olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib və 29 nəfərin həyatını xilas etmək mümkün olub.

Xəsarət alan şəxslər isə Aktaudakı Mangistau vilayət xəstəxanasına çatdırılıblar.

presstvaz xəbər verir ki, “Bizim.media” Qazaxıstanın Mangistau Vilayət Xəstəxanasının şöbə müdiri Janar Baymanova ilə həmsöhbət olub.

Bəzilərinin ürəyi dayanmışdı - AZAL təyyarəsinin qəzasında xəsarət alanların həyatı necə xilas edilib?

Baymanova bildirib ki, sözügedən qəza Aktauda ilk belə hadisə idi:

“Xəstəxanamıza heç vaxt qəza ilə bağlı bu sayda xəsarət alan daxil olmamışdı. Bəli, əslində, 25 dekabrdan 30 dekabr 2024-cü ilə qədər olan müddət mənim təcrübəmdə çox gərgin və yüksəkməsuliyyətli bir dövr kimi yadda qaldı. Bu cür çoxsaylı ağır xəstələrin eyni anda daxil olması, təbii ki, çox nadir hallarda baş verir. Digər tərəfdən, bu hadisənin ictimai rezonansı, üstəlik, beynəlxalq statusu narahatedici idi. Həkimlərimiz üçün də çətinliklər mövcud idi. Onlar üçün əlbəttə ki, bu, böyük bir məsuliyyət idi. Çünki onların növbələri, müəyyən iş qrafikləri yox idi və demək olar ki, fasiləsiz, 24 saatlıq rejimdə işləyirdilər”.

Baymanova deyib ki, hadisənin üzərindən bir il keçsə də, onlar həmin günü yenə xatırlayırlar. Onlar həmin günlərdə azərbaycanlı həkimlərlə birlikdə sağ qalan yaralıların həyatını xilas etmək üçün dayanmadan çalışıblar:

“Əlbəttə ki, bu pasiyentlərin vəziyyəti ağır idi. Bir neçə pasiyentdə ürək dayanması baş vermişdi, xoşbəxtlikdən, anestezioloq, reanimatoloq, cərrah, neyrocərrah, travmatoloq və digər ixtisaslaşmış həkimlərin vaxtında və təcili tibbi müdaxiləsi ilə onların həyatını xilas etmək mümkün oldu.

Təyyarə qəzasından sonra pasiyentlər arasında itki olmadı. Mangistau üçün yalnız yaralılara keyfiyyətli tibbi yardım göstərmək deyil, həm də yaxınlarına, dost ölkələrdən gələn ziyarətçilərə mənəvi və psixoloji dəstək vermək vacib idi. Bu hadisə bizim xəstəxananın tarixində ilk idi”, – deyə J.Baymanova əlavə edib.

Xatırladaq ki, qəzada xəsarət alan Azərbaycan vətəndaşları Mangistau Vilayət Xəstəxanasında zəruri tədbirlər görüldükdən sonra ölkəmizə təxliyə olunmuşdular.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv