Ucarda sahibsiz itlər 61 yaşlı sakinə hücum etdilər

Ucarda sahibsiz itlər 61 yaşlı sakinə hücum etdilər






presstv

"Presstv"az #Audi, #Bələdiyyə, #Hadisə, #Sahibsiz itlər, #Təcili Tibbi Yardım, #Ucar Rayon Mərkəzi Xəstəxanası, #Ucar rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ucar rayonunda sahibsiz itlərin hücumu nəticəsində 61 yaşlı sakin xəsarət alıb.

Hadisə rayonun 28 May küçəsi ərazisində qeydə alınıb.

Zərərçəkən Rəhman Əsgərov baş verənlərlə bağlı Baku TV-yə açıqlama verib.

Onun sözlərinə görə, yolda hərəkət edərkən dörd sahibsiz it qəfil arxadan ona hücum edib:

“Onlar qollarımdan yapışdılar. Qışqırdım, itlərin altında qaldım. Nə qədər çalışsam da, onlardan qurtula bilmədim. Sonra qonşu gəldi, onu görən kimi qaçdılar. Əlimdən qan axırdı. Məni xəstəxanaya apardılar. Ağrıdan səhərə qədər yata bilməmişəm. Demək olar ki, burada hər gün itlərin hücumuna məruz qalırıq”.

Məsələ ilə bağlı Ucar Şəhər Bələdiyyəsindən bildirilib ki, artıq müvafiq tədbirlərin görülməsinə başlanılıb. Qurumun məlumatına görə, hadisənin baş verdiyi ərazidə sahibsiz itlər kənarlaşdırılır və yaxın gələcəkdə onlar üçün saxlanc yerlərinin tikilməsi planlaşdırılır.

TƏBİB-dən isə bildirilib ki, dekabrın 23-də saat 10:30-da it dişləməsi səbəbi ilə bir nəfər Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“1964-cü il təvəllüdlü pasiyentə bədənin müxtəlif nahiyələrinin didilmiş və cırılmış açıq yaraları diaqnozu qoyulub. Ona zəruri tibbi xidmətlər göstərilib, həmçinin quduzluğa qarşı peyvənd vurulub. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”, – deyə məlumatda qeyd olunub.

Daha ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv