Əqli Mülkiyyət Agentliyi patent vərəsəliyinin verilməsi məsələsinə aydınlıq gətirdi

Əqli Mülkiyyət Agentliyi patent vərəsəliyinin verilməsi məsələsinə aydınlıq gətirdi






presstv

"Presstv"az #Audi, #Milli Məclis

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hazırda patent qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən işlər aparılır.

Bu barədə presstvaz-ın sorğusuna cavab olaraq Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Qurum təklif edilən dəyişikliklə bağlı izahat verib:

“Qanunun 15-ci maddəsinin 4-cü hissəsinin normasına görə, “patent sahibi patentlə bağlı hüquqları vərəsəlik üzrə və ya digər şəxslərə vermək, habelə onun istifadəsinə görə lisenziya müqaviləsi bağlamaq üçün müstəsna hüquqlara malikdir”. Qanun layihəsində həmin müddəanın ləğv edilməsi yox, onun qanunun ixtira, faydalı model və sənaye nümunəsindən istifadə üçün müstəsna hüquqlara dair 14-cü maddəsinin ikinci hissəsində verilməsi təklif olunur. Bu isə 15-ci maddədə müəyyən edilmiş normanın ləğvi demək deyil. Əvvəllər olduğu kimi, qanunvericiliyə uyğun olaraq patent sahibi patentlə bağlı hüquqları vərəsəlik üzrə və ya digər şəxslərə vermək hüququndan yenə də istifadə edə biləcək. Hazırda patent qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən işlər aparılır.

Qeyd edək ki, qanunvericiliyin təkmilləşdirilməsi çərçivəsində hazırlanmış “Patent haqqında” Qanuna təklif edilən dəyişikliyə hazırda Milli Məclisdə baxılır.

Xatırladaq ki, “patent sahibi patentlə bağlı hüquqları vərəsəlik üzrə və ya digər şəxslərə vermək, habelə onun istifadəsinə görə lisenziya müqaviləsi bağlamaq üçün müstəsna hüquqlara malikdir” bəndi Qanunun 15-ci maddəsinin 4-cü hissəsindən çıxarılaraq 14-cü maddəyə əlavə olunur.

Patent sahibi patentlə bağlı hüquqları vərəsəlik verə bilməyəcək.

presstvaz xəbər verir ki, sözügedən məsələ “Patent haqqında” qanuna təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Mövcud qanunvericiliyinə görə, patent sahibi patentlə bağlı hüquqları vərəsəlik üzrə və ya digər şəxslərə vermək, habelə onun istifadəsinə görə lisenziya müqaviləsi bağlamaq üçün müstəsna hüquqlara malikdir.

Layihəyə əsasən, bu maddə ləğv edilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv