Azərbaycan II Liqasının ən yaxşı bombardirləri: Cavid İmamverdiyev 65 qol vurub

Azərbaycan II Liqasının ən yaxşı bombardirləri: Cavid İmamverdiyev 65 qol vurub






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Cəbrayıl, #Futbol, #Füzuli, #Quba

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan II Liqasının ən yaxşı bombardirləri müəyyənləşib.

presstvaz Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, ölkə çempionatının üçüncü səviyyəli dəstəsi uzun fasilədən sonra 2023-cü ildə bərpa olunub.

PFL bayrağı altında həmin vaxtdan keçirilməyə başlayan və II Liqa adlanan turnirdə 3-cü mövsümün ilk hissəsi başa çatıb.

Cavid İmamverdiyev yarışın II Liqa adlandığı dövrdə ən çox qol vurub. Üç mövsümü üç fərqli klubda – “Kür-Araz”, “Quba” və “Sheki City”də oynayan futbolçu 65 qola imza atıb.

“Şahdağ Qusar” və “Xankəndi”də 57 dəfə fərqlənən Tural Qurbatov ikincidir. Liderlərdən fərqli üç deyil, iki mövsümü II Liqada keçirən Elvin Nəsibov da 50 qol səddini arxada qoyub. “Füzuli”, “Cəbrayıl” və “Şəfa”da oynamış futbolçu 51 dəfə fərqlənib.

Ümumilikdə isə 14 oyunçu 20 və daha çox qol vurub.

1. Cavid İmamverdiyev – 65;

2. Tural Qurbatov – 57;

3. Elvin Nəsibov – 51;

4. Vidadi Cəfərov – 49;

5. Elxan Məmmədov – 36;

6. Elariz Xəlilli – 32;

7. Famil Camalov – 30;

8-9. Valeh Seyidov – 27;

8-9. Tofiq Nəsibov – 27;

10. Amil Yunanov – 26;

11. Ramazan Abbasov – 24;

12-13. Vüqar Əşrəfli – 23;

12-13. Röyal Nəcəfov – 23;

14. Ülvi Quliyev – 21.

Qeyd edək ki, ötən əsrin 90-cı illərində bu turnir ikinci dəstə adlanıb və siyahıda nəzərə alınmayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv