Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Mikayıl Cabbarov, #Milli Məclis, #Muxtar Babayev, #Qarabağ Dirçəliş Fondu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

24 dekabr 2025-ci il tarixində Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

presstvaz xəbər verir ki, iclasda Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, Şuranın üzvləri – Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Milli Məclisin deputatları Tural Gəncəliyev və Fatma Yıldırım, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycanın Xalq artisti Alim Qasımov iştirak ediblər.

İlk olaraq Fondun 2025-ci il üzrə 11 aylıq fəaliyyətinə dair hesabat təqdim edilib. İdarə Heyətinin sədri Rəhman Hacıyev hesabatla bağlı məruzə ilə çıxış edərək ötən dövr ərzində Fond tərəfindən həyata keçirilən layihələr, əldə olunan nəticələr, maliyyə göstəriciləri, həmçinin qarşıda duran prioritetlər barədə ətraflı məlumat verib.

Daha sonra Şuranın sədri Mikayıl Cabbarov gündəlikdə olan digər məsələləri – QDF-in Müşahidə Şurasının tabeliyində Audit Komitəsinin yaradılması, Fondun vəsaitlərinin idarə edilməsi ilə bağlı yeni İnvestisiya qaydalarının hazırlanması, Fondun 2025-ci il üzrə kənar maliyyə auditorunun təyin edilməsi və digər müvafiq məsələləri müzakirəyə çıxarıb. Eyni zamanda iclasda “Qarabağ Dirçəliş Fondunun 2026-cı il üzrə büdcəsi”nin təsdiq edilməsi məsələsinə də baxılıb.

Qeyd olunan məsələlərlə bağlı Şura üzvləri tərəfindən müvafiq qərarlar qəbul olunub.

Eyni zamanda, Müşahidə Şurasının üzvlərinə Fonda təqdim edilən və hazırda təhlil edilən yaşıl enerji, aqropark və istehsalat zonasının yaradılması layihələri ilə bağlı da ətraflı məlumat təqdim edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv