Liviyanın Baş Qərargah rəisi və dörd yüksəkrütbəli şəxs Ankarada təyyarə qəzasında həlak oldular

Liviyanın Baş Qərargah rəisi və dörd yüksəkrütbəli şəxs Ankarada təyyarə qəzasında həlak oldular






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Fransa, #Haber Global, #Hadisə, #Liviya, #Quru Qoşunları, #Şəxsi təyyarə, #təyyarə, #Təyyarə qəzası, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdül Həmid Dbeyba ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin ölümünü təsdiqləyib.

presstvaz “A Haber”ə istinadən xəbər verir ki, bu barədə baş nazir rəsmi açıqlama verib.

“Liviya Ordusunun Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Əl-Həddad, Quru Qoşunlarının Baş Qərargah rəisi, general-leytenant Əl-Fituri Qəribil, Hərbi İstehsalat İdarəsinin rəisi, briqada generalı Mahmud Əl-Katavi, Liviya Ordusunun Baş Qərargah rəisinin müşaviri Məhəmməd Əl-Əsəvi Diab və Baş Qərargah rəisinin media ofisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Mahcub Ankaraya rəsmi səfərdən qayıdarkən baş verən faciəli təyyarə qəzasında həlak olublar”, – deyə hökumət başçısı qeyd edib.

O əlavə edib ki, rəsmi Tripoli təyyarə qəzasının səbəblərini araşdırmaq məqsədilə Ankaraya xüsusi nümayəndə heyəti göndərəcək.

Qeyd edək ki, Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Ankara Baş Prokurorluğunun hadisə ilə bağlı istintaqa başladığını açıqlayıb.

Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və onu müşayiət edən şəxsləri daşıyan təyyarənin qalıqları Ankara yaxınlığında aşkar edilib.

presstvaz xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd olunub ki, qəzaya uğrayan “Falcon 50” tipli təyyarədə ümumilikdə beş sərnişin olub.

NTV-nin məlumatına görə, təyyarə bort sistemlərində ciddi nasazlıq səbəbindən qəzaya uğrayıb. Ekipaj qəza siqnalı verib və təyyarəni uçuş hava limanına doğru geri çevirib.

Təcili eniş etməzdən əvvəl pilotlar yanacağı boşaltmağa başlayıblar. Lakin təyyarə Esenboğa hava limanına çata bilməyərək Haymana ərazisində yerə çırpılıb.

Qeyd edək ki, qəzanın səbəbləri ilə bağlı məlumatlar, hələ ki rəsmən təsdiq edilməyib.

Liviyanın Baş Qərargah rəisi və dörd yüksəkrütbəli şəxs Ankarada təyyarə qəzasında həlak oldular

Liviyanın Baş Qərargah rəisi və dörd yüksəkrütbəli şəxs Ankarada təyyarə qəzasında həlak oldular

Ankaranın Esenboğa hava limanından qalxan “Falcon 50” tipli şəxsi biznes təyyarəsi ilə radar əlaqəsi kəsilib.

presstvaz “Haber Global”a istinadən məlumat verir ki, hava limanı yaxınlığında partlayış səsi eşidildiyi barədə xəbərlər yayılıb.

Təyyarədə rəsmi danışıqlar üçün Türkiyədə olan Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Əl-Həddadın olduğu bildirilib. O bu gün Türkiyənin Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlunun dəvəti ilə Ankaraya gələrək danışıqlar aparıb.

Şəxsi təyyarənin Maltada yerləşən “Harmony Jets” şirkətinə məxsus olduğu deyilir. Fransa istehsalı olan təyyarənin təxminən 6,5 saat havada qala biləcəyi məlumdur.

Hadisə ilə bağlı Türkiyənin daxili işlər naziri Əli Yerlikaya açıqlama verib.

Onun sözlərinə görə, Esenboğa hava limanından Tripoliyə gedən 9H-DFJ nömrəli “Falcon 50” biznes təyyarəsi ilə əlaqə kəsilib. Təyyarə təcili eniş tələb etsə də, tezliklə radarlardan itib. Təyyarədə Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd Əl-Həddad da daxil olmaqla beş sərnişin olub.

Liviyanın Baş Qərargah rəisi və dörd yüksəkrütbəli şəxs Ankarada təyyarə qəzasında həlak oldular

Liviyanın Baş Qərargah rəisi və dörd yüksəkrütbəli şəxs Ankarada təyyarə qəzasında həlak oldular

Liviyanın Baş Qərargah rəisi və dörd yüksəkrütbəli şəxs Ankarada təyyarə qəzasında həlak oldular


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv