Messinin bacısı ağır qəza keçirdi

Messinin bacısı ağır qəza keçirdi






presstv

"Presstv"az #Ailə, #Audi, #Avto, #Futbol, #İnter Mayami, #Lionel Messi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Lionel Messinin bacısı Mariya Sol Messi Mayamidə ağır qəza keçirib.

presstvaz xarici mediaya istinadən xəbər verir ki, ulduz futbolçunun bacısı sükan arxasında huşunu itirib, nəticədə avtomobil idarəetmədən çıxıb və divara çırpılıb.

Qəza nəticəsində onun onurğasında, dabanında və biləyində sınıqlar, həmçinin yanıq xəsarətləri əmələ gəlib. Mariya Qəzadan sonra xəstəxanaya yerləşdirilib, yanvar ayının əvvəlinə planlaşdırılan toyu təxirə salınıb.

Anası Mariya Solun həyati təhlükəsi olmadığını, lakin uzunmüddətli reabilitasiya keçmək zərurəti yarandığını vurğulayıb.

Qeyd edək ki, Mariya Sol yanvarın 3-də “İnter Mayami”nin 19 yaşadək futbolçulardan ibarət məşqçilər heyətinin üzvü Julin Arellano ilə doğma şəhəri Rosarioda evlənməli idi. Mərasimin böyük bir ailə toplantısı olacağı, məclisə Messinin bütün ailəsinin, o cümlədən həyat yoldaşı Antonella Rokuzzonun qatılacağı gözlənilirdi.

Messinin bacısı ağır qəza keçirdi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv