Ayaqlarımız niyə üşüyür? – Əsas səbəb AÇIQLANDI

Ayaqlarımız niyə üşüyür? – Əsas səbəb AÇIQLANDI






presstv

"Presstv"az #anemiya, #Audi, #diabet, #Həkim, #Rusiya, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ayaqların daim üşüməsinin əsas səbəbləri arasında hipotermiya, damarların aterosklerozu, maddələr mübadiləsinin pozulması və anemiya yer alır”.

presstvaz xəbər verir ki, bu barədə rusiyalı həkim Vera Larina Gazeta.ru-ya müsahibəsində danışıb.

Həkimin sözlərinə görə, ilk səbəb hipotermiyadır, yəni bədənin həddindən artıq soyuması. Bu zaman yüngül damar spazmları, immun müdafiənin zəifləməsi və yerli qan dövranının pozulması baş verə bilər. Belə hallar xüsusilə uzunmüddətli emosional stres, qeyri-kafi qidalanma, yuxu pozğunluqları və yanaşı xroniki xəstəlikləri olan insanlarda daha çox müşahidə olunur.

İkinci səbəb aşağı ətrafların damar aterosklerozudur. Bu xəstəlik zamanı arteriyaların daralması nəticəsində qan axını zəifləyir və ayaqlarda soyuqluq hissi yaranır.

Risk qrupuna ürək-damar xəstəlikləri olanlar, lipid mübadiləsi pozulmuş yaşlı insanlar və şəkərli diabet xəstələri daxildirlər. Vera Larina qeyd edib ki, şəkərli diabet zamanı qanda qlükoza səviyyəsinə nəzarət edilmədikdə ilk növbədə xırda damarlar – kapilyarlar zədələnir və bu da periferik toxumalara qan axınının azalmasına səbəb olur.

Həkimin sözlərinə görə, ayaqların üşüməsinin digər səbəbləri maddələr mübadiləsinin pozulması və anemiyadır. Endokrin sistemin bəzi xəstəlikləri metabolik proseslərin balansını poza, istilik mübadiləsinin və hüceyrələrə enerji ötürülməsinin zəifləməsinə gətirib çıxara bilər. Hemoqlobin səviyyəsinin azalması və toxumaların oksigen çatışmazlığı da soyuqluq hissini gücləndirən amillər sırasındadır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv