Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM






presstv

"Presstv"az #Audi, #Bələdiyyə, #Cəlilabad rayonu, #Vəzifə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cəlilabad rayonunun Oğrubulaq kəndinə gedən 2.5 km-lik yol bərbad vəziyyətdədir. Sakinlər hər gün palçıq və gölməçələrə batıb qalmamaq üçün xeyli əziyyət çəkirlər. İllərdir bu çətinliklə üz-üzə qalan sakinlər aidiyyəti qurumlardan kömək diləyirlər.

Sakinlər mövcud vəziyyəti belə şərh ediblər:

“Hüzr var, gedə bilməmişəm. Sabah məcburam ki, yasa atla, eşşəklə və ya piyada gedim”.

“Kəndimizdə 600-dən çox adam var. Əvvəl yolumuza çınqıl tökülmüşdü, sonra gəlib bura palçıq tökdülər. Allah haqqı, belimizdə yük daşıyırıq. Bizim çəkdiyimiz yolu bizə geri qaytarsınlar”.

Məsələ ilə bağlı Ağdaş Bələdiyyəsinin sədri Şəmsəddin Məmmədov çıxış yolunu vergi intizamında görərək bunları qeyd edib:

“Oğrubulaq kənd sakinləri vergiləri ödəməkdən yayınırlar. Biz çalışırıq ki, yolların problemlərini aradan qaldıraq, çünki bələdiyyə bütün işlərini vergilər hesabına təmin edir. Əgər adıçəkilən kəndin sakinləri vergilərini ödəsələr, nəinki o kəndi, digər kəndlərimizi də qum-çınqılla təmin etmək bizim vəzifə borcumuzdur”.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv