Əli Əsədov: “Azərbaycanla Türkiyə arasında sənaye və texnologiya sahələrində əməkdaşlıq yeni mərhələyə yüksəlib”

Əli Əsədov: “Azərbaycanla Türkiyə arasında sənaye və texnologiya sahələrində əməkdaşlıq yeni mərhələyə yüksəlib”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Əli Əsədov, #Süni intellekt, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan ilə Türkiyə arasında sənaye və texnologiya sahələrində də əməkdaşlıq son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib”.

presstvaz xəbər verir ki, bunu Baş nazir Əli Əsədov II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

Onun sözlərinə görə, qarşılıqlı təcrübə mübadiləsi, insan kapitalının inkişafı və müasir texnologiyaların tətbiqi üzrə atılan addımlar sənaye potensialımızın gücləndirilməsinə xidmət edir:

“Bu çərçivədə istehsal sahələrində, xüsusilə metal emalı, maşınqayırma və digər baza sənaye istiqamətlərində qabaqcıl texnologiyaların tətbiqi üzrə bilik və bacarıqların ötürülməsi həyata keçirilir”.

Müdafiə sənayesini də qeyd edən hökumət başçısı bildirib ki, Azərbaycanda bu sahə son zamanlar yüksək templə inkişaf edir:

“Türkiyə ilə bu baxımdan səmərəli əməkdaşlıq qurulub.

Yüksək texnologiyalar, elektron ticarət, süni intellekt və innovasiya ekosistemləri üzrə əməkdaşlıq da regional və çoxtərəfli platformalar çərçivəsində inkişaf etdirilir. Bu istiqamətlərdə imzalanmış sənədlər və həyata keçirilən təşəbbüslər rəqəmsal iqtisadiyyatın genişlənməsinə, yeni biznes modellərinin formalaşmasına və insan kapitalının inkişafına xidmət edir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv