Əli Əsədov: “Türkiyə şirkətləri azad olunmuş ərazilərdə əlliyə yaxın layihə icra edir”

Əli Əsədov: “Türkiyə şirkətləri azad olunmuş ərazilərdə əlliyə yaxın layihə icra edir”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Böyük Qayıdış, #Dollar, #Əli Əsədov, #Qarabağ və Şərqi Zəngəzur, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Biz azad olunmuş ərazilərimizdə Böyük Qayıdışa dair I Dövlət Proqramından irəli gələn tədbirləri dəstəkləmək üçün özəl investisiyaların cəlb olunmasını fəal şəkildə təşviq edirik. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji” potensialının səmərəli istifadəsi məqsədilə mövcud infrastrukturun yenilənməsi və təzəsinin tikilməsi üçün xarici kapitalın cəlbi davam edir”.

presstvaz xəbər verir ki, bunu baş nazir Əli Əsədov II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

Hökumət başçısının sözlərinə görə, Türkiyə şirkətləri azad olunmuş ərazilərdəki layihələrin icrasına fəal şəkildə cəlb ediliblər:

“Ümumilikdə 20-yə yaxın Türkiyə şirkəti azad olunmuş ərazilərdə 50-ə yaxın layihə icra edir və bunların dəyəri təqribən 5 milyard dollardır.

Eyni zamanda, ölkəmizin xüsusi iqtisadi zonalarında biznesin həyata keçirilməsi üçün hər cür əlverişli şərait yaradılıb. İnvestorlar üçün cəlbedici şərtlər təklif edən Ələt Azad İqtisadi Zonasını xüsusi qeyd etmək istərdim. Bir sıra Türkiyə şirkətləri artıq sözügedən xüsusi iqtisadi zonalarda fəaliyyət göstərir. Burada investisiya qoyuluşu üzrə əməkdaşlıq üçün yaxşı perspektivlər görürük. Odur ki, Türkiyə şirkətlərini daha fəal olmağa dəvət edirik”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv