Azərbaycan üç ölkədən neft alıb, 648 milyon dollar ödəyib

Azərbaycan üç ölkədən neft alıb, 648 milyon dollar ödəyib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Dollar, #İraq, #Qazax, #Qazaxıstan, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Rusiya, Qazaxıstan və İraqdan bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarını idxal edib.

presstvaz rəsmi statistikaya əsasən xəbər verir ki, bu dövrdə Rusiyadan 1 milyon 264 min tondan çox neft və neft məhsulları gətirilib və idxalın dəyəri 590 milyon dollardan artıq olub. Qazaxıstandan isə 105.4 min ton həcmində məhsul idxal edilib ki, bunun da dəyəri 58 milyon dollar təşkil edib.

Bu il Azərbaycan İraqdan məhdud həcmdə xam neft idxal edib. Bu dövrdə ölkəyə 439.7 ton neft məhsulu gətirilib və idxalın dəyəri təxminən 163 min dollar olub.

2025-ci ilin yanvar-oktyabr aylarında ölkəmiz Rusiya, Qazaxıstan və İraqdan 1.4 milyon ton xam neft və neft məhsulları idxal edib. Bunun ümumi dəyəri 648.2 milyon dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal həcmi 13.8 faiz, dəyər baxımından isə 26.4 faiz azalıb. Beləliklə, əvvəlki ilin göstəriciləri təxminən 1.623 milyon ton həcmində və 880.7 milyon dollar dəyərində olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 22 ölkəyə ümumilikdə 22 milyon 132 min 445.56 ton xam neft və neft məhsulları ixrac edib. İxracdan əldə olunan gəlir 11 milyard 514 milyon 966 min 530 dollar səviyyəsində olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv