Ukrayna Təhlükəsizlik Xidməti hərbi aerodromda Rusiyanın iki qırıcı təyyarəsini məhv edib

Ukrayna Təhlükəsizlik Xidməti hərbi aerodromda Rusiyanın iki qırıcı təyyarəsini məhv edib






presstv

"Presstv"az #Audi, #Dollar, #Müharibə, #Qırıcı təyyarə, #Rusiya, #təyyarə, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna Təhlükəsizlik Xidməti Lipetsk yaxınlığındakı Rusiya hərbi aerodromunda Rusiyanın “Su-30” və “Su-27” iki qırıcı təyyarəsini məhv edib.

presstvaz-ın xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi öz “Telegram” kanalında məlumat verib.

Qeyd olunub ki, Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi, iki vurulan qırıcı təyyarənin təxmini ümumi dəyəri 100 milyon dollara qədər ola bilər.

Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Lipetsk yaxınlığındakı aerodromda xüsusi əməliyyatın planlaşdırılması iki həftə çəkib.

“12 və 82 quyruq nömrəli “Su-27” və “Su-30” təyyarələrinin dəqiq hazırlıq və peşəkarlıq sayəsində yandırılmasına nail olunub… Patrul marşrutunun və mühafizənin növbə qrafikinin dəqiq araşdırılması Rusiyanın hərbi obyektinə gizli şəkildə daxil olmağa, Rusiyanın “Su-27″ qırıcı təyyarələrini birbaşa qoruyucu təyyarə anqarında məhv etməyə və sonra aerodromu maneəsiz şəkildə tərk etməyə imkan verib”, – deyə məlumatda bildirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv