Kambocada 500 mindən çox sakin evlərini tərk edib

Kambocada 500 mindən çox sakin evlərini tərk edib






presstv

"Presstv"az #Audi, #Çin, #Hindistan, #Münaqişə, #Nepal, #Nəqliyyat, #Tailand, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tailandla sərhəddə münaqişənin kəskinləşməsi səbəbindən Kambocanın yarım milyondan çox sakini evlərini tərk edib.

presstvaz-ın xəbərinə görə, bu barədə “Khmer Times” qəzeti Kamboca Daxili İşlər Nazirliyinin bəyanatına istinadən məlumat verib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Tailandın Kambocaya hücumları səbəbindən evlərini tərk etmək və təhlükəsiz ərazilərə təxliyə olunmaq məcburiyyətində qalan dinc sakinlərin sayı dekabrın 21-də 525 231 nəfərə çatıb ki, bunlardan 274 800-ü qadın, 167 100-ü isə uşaqdır.

Nazirlik, həmçinin qeyd edib ki, dekabrın 7-dən bəri törədilən təcavüz aktları, o cümlədən artilleriya və raket hücumları, mülki ərazilərin bombalanması nəticəsində 19 dinc sakin həlak olub, 79 nəfər yaralanıb.

Tailand ordusunun Kamboca sərhəd bölgəsinə endirdiyi zərbələr nəticəsində 100-dən çox fərdi ev, 5 məktəb, 3 tibb mərkəzi, bazar, anbarlar, bir neçə qədim məbəd və paqoda (Uzaq Şərq (Çin, Yaponiya, Koreya, Vyetnam, Myanma, Tailand, Laos, Kamboca) və Cənubi Asiyada (Hindistan, Nepal) rast gəlinən, dini, əsasən buddizm və hinduizm məbədi funksiyasını yerinə yetirən, çoxmərtəbəli qülləvarı tikilidir – red.), gömrük və aksiz administrasiyası binası, 11 inzibati bina, üç hotel, bir neçə körpü, yanacaqdoldurma məntəqəsi və 28 nəqliyyat vasitəsi məhv edilib.

Tailand-Kamboca sərhədində dekabrın 7-də toqquşmalar başlayıb. Hər iki tərəf atışmanın başlanmasında bir-birini günahlandırır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv