Baş nazir: “Abşeron yatağından qazın Türkiyəyə ixracına başlanılması ilə bağlı danışıqlar aparılır”

Baş nazir: “Abşeron yatağından qazın Türkiyəyə ixracına başlanılması ilə bağlı danışıqlar aparılır”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Əli Əsədov, #Türkiyə, #Xəzər dənizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Abşeron” yatağından qazın 2029-cu ildən başlayaraq Türkiyəyə ixracına başlanılması ilə bağlı danışıqlar aparılır”.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı deyib.

Baş nazir vurğulayıb ki, iki ölkə arasında enerji tərəfdaşlığının gündəliyində bir sıra perspektivli layihələr var.

Ə.Əsədov bunların sırasında iyunda “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinin Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” dəniz yatağında 30% paya sahib olduğunu qeyd edib:

“Birlikdə Xəzər dənizindəki bu perspektivli yatağın tam potensialını üzə çıxarmaq üçün çalışacağıq. Bununla yanaşı, Abşeron yatağından qazın 2029-cu ildən başlayaraq Türkiyəyə ixracına başlanılması ilə bağlı danışıqlar aparılır. Enerji işbirliyimizin aparıcı qüvvəsi olan SOCAR bu gün də Türkiyədəki fəaliyyətini genişləndirir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv