Azərbaycan COP31-in təşkilində Türkiyəyə hərtərəfli dəstək göstərməyə hazır olduğunu açıqladı

Azərbaycan COP31-in təşkilində Türkiyəyə hərtərəfli dəstək göstərməyə hazır olduğunu açıqladı






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #COP29, #Əli Əsədov, #Təbrik, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baş nazir Əli Əsədov Azərbaycanın COP31-in təşkili prosesində Türkiyəyə hərtəfərli dəstək göstərməyə hazır olduğunu bəyan edib.

presstvaz “Report”a istinadən xəbər verir ki, Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxış edən Baş nazir ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində də əməkdaşlığa böyük önəm verildiyini deyib.

“2024-cü ilin noyabr ayında Azərbaycanda keçirilmiş COP29 sammitində yüksək səviyyədə iştirakına görə Türkiyə tərəfinə bir daha təşəkkürümüzü ifadə edirik. Fürsətdən istifadə edərək COP31-in ev sahibi seçilməsi münasibətilə qardaş Türkiyəni ürəkdən təbrik edirik. Bu məqsədlə Antalya şəhərinin seçilməsi Türkiyənin iqlim dəyişikliyi ilə mübarizədə səylərinə verilən yüksək qiymətdir. Azərbaycan təşkilati prosesdə qardaş Türkiyəyə hərtərəfli dəstəyini göstərməyə hazırdır”, – o deyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv