Xırdalanda mənzildə 3 nəfər huşsuz halda tapıldı

Xırdalanda mənzildə 3 nəfər huşsuz halda tapıldı






presstv

"Presstv"az #Abşeron rayonu, #Audi, #Fövqəladə Hallar Nazirliyi (FHN), #Hadisə, #Xırdalan şəhəri, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsində yerləşən yaşayış binasında vətəndaşların bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

presstvaz xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 1940-cı il təvəllüdlü G.Əliyeva, 1979-cu il təvəllüdlü C.Həsənova və 2013-cü il təvəllüdlü İ.Mehdiyevin uzun müddət telefon zənglərinə və çağırışlara reaksiya vermədiyi və həyati təhlükəli vəziyyətin yarandığı ehtimalı müəyyən olunub.

Qeyd edilib ki, xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində dördmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilin qapısı xüsusi vasitələrin köməyi ilə açılaraq, ilkin ehtimala görə, dəm qazı səbəbindən huşsuz vəziyyətdə aşkar edilən vətəndaşlara ilkin yardım göstərilərək dərhal xəstəxanaya çatdırılıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv