Doğum gününü qeyd edən Murad Dadaşov kimdir? – KVN-dən Xalq artistinə qədər gələn ömür yolu

Doğum gününü qeyd edən Murad Dadaşov kimdir? – KVN-dən Xalq artistinə qədər gələn ömür yolu






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Bakı, #Bakı Dövlət Universitetini, #Doğum günü, #kanalda, #Orta məktəb, #Psixoloq, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün  Xalq artisti Murad Dadaşovun doğum günüdür.

presstvaz xəbər verir  ki,sənətçi 47 yaşını qeyd edir.

Tamaşaçıların KVN-dən və televiziya efirlərindən tanıdığı,hazırda televiziya rəhbəri olan Murad Dadaşov kimdir?

Murad Əli oğlu Dadaşov 21 dekabr 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

O 1985–1995-ci illərdə Bakı şəhəri 160 saylı tam orta məktəbdə təhsil alıb. 1996–2000-ci illərdə Bakı Dövlət Universitetinin “Sosial elmlər və psixologiya” fakültəsində təhsil alıb, ixtisasca psixoloqdur.

XX əsrin sonlarında “Bakılı oğlanlar” ŞHK ilə tanışlığı oxuduğu məktəbdən başlayıb və bununla da 1993-cü ilin dekabrında peşəkar səhnəyə gəlib. 2000-ci ildə isə “Bakılı oğlanlar” komandası “XX əsrin çempionları” titulunun sahibi oldu. Şən və hazırcavab çempionlardan biri də o olub.

Universitetdə təhsil aldığı müddətdə, 1999–2002-ci ildə həm də Proqnoz Müstəqil Sosioloji Tədqiqatlar mərkəzində müdir müavini vəzifəsində çalışıb. Televiziyada ilk fəaliyyətinə 1990-cı illərin ortalarında Azərbaycan Televiziyasında başlayıb. Burada “Bakılı oğlanlar” ŞHK-ın digər üzvü Cabir İmanov ilə bərabər “Bir Cənub şəhərində” adlı layihə hazırlayıb.

1990-cı illərin sonlarında isə Space televiziyasında “Road Master” adlı layihənin aparıcısı olub.[9] 2002-ci ilin yanvar ayından həmin ilin oktyabr ayına kimi ANS Müstəqil Yayım və Media Şirkətində baş prodüser vəzifəsinə təyin edilib. Eyni zamanda, həmin dövrdə bu kanalda yayımlanan “Yeriniz Məlum” adlı gündəlik şou proqramın müəllifi və aparıcısı olub.

2003-cü il fevralın 7-də “M Group Production” şirkətini təsis edib. Burada 2008-ci ilədək baş direktor vəzifəsində çalışıb.

2003-cü ildə Lider telekanalında “M Group Production” şirkətinin ilk layihəsi olan “Mərc şou”, 2005-ci ildən isə həmin telekanalda “Maşın” realiti şousu yayımlanmağa başlayıb. Hər iki layihənin müəllifi və aparıcısı o olub. 2008–2010-cu illərdə “Lider Media Holdinq” — Lider televiziyasında Baş prodüser vəzifəsinə təyin olunub. 2010-cu ildən bu günə qədər “M Group Production” şirkətinin prezidentidir.\oxu24.com/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv