ABŞ mətbuatı Rusiya və Ukrayna arasında sülhə mane olan beş əsas amili açıqladı

ABŞ mətbuatı Rusiya və Ukrayna arasında sülhə mane olan beş əsas amili açıqladı






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Hakim, #Kiyev, #Münaqişə, #Rusiya, #Ukrayna, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna münaqişəsinin nizamlanması istiqamətində əsas fikir ayrılıqlarından biri və ya bir neçəsi sülh sazişinə mane ola bilər.

presstvaz xəbər verir ki, bu barədə “The Wall Street Journal (WSJ)” məlumat yayıb.

Nəşr fikir ayrılığı doğuran məqamlara aydınlıq gətirib. Bunlar ərazi məsələləri, Ukraynanın NATO-ya qəbulu, Ukrayna Silahlı Qüvvələrinin sayı, Ukraynada rus dilinin statusu, Zaporojetsk Atom Elektrik Stansiyasına (ZAES) nəzarətdir.

Ərazi məsələsində Rusiya Ukrayna qoşunlarının Donbasdan çıxarılmasının tərəfdarıdır və ABŞ da Kiyevdən eynisini gözləyir. Bununla belə, Kiyev rejimi hazırda hər hansı güzəştdən imtina edir. Ukrayna həmçinin, Vladimir Zelenskinin Vaşinqtonun ölkənin NATO-ya qoşulmasına icazə vermək istəmədiyini və ona mane olduğunu etiraf etsə də, mövqeyindən geri çəkilmir. Ukrayna Silahlı Qüvvələrinin dinc dövrdəki sayı ilə də bağlı qeyri-müəyyənlik var. ABŞ-nin təklif etdiyi sülh planının ilkin variantında 600 000 hərbçi nəzərdə tutulurdu, lakin Kiyev və Avropa liderləri sayın 800 minədək artırılmasında israrlıdırlar. “Wall Street Journal” yazır ki, nə Amerika, nə də Rusiya tərəfi hələlik Ukraynanın tələbinə münasibət bildirib.

Digər mübahisəli məqam isə Ukraynada rus dilinin statusu ilə bağlıdır. Rusiya hesab edir ki, Kiyev hakimiyyəti ona rəsmi status verməlidir, bu müddəa ABŞ-nin sülh planının ilkin variantında da yer alıb. Ukrayna rəhbərliyi isə ölkədə rus dilinə, rusdilli mediaya və rus mədəni irsinə qarşı ayrı-seçkilik siyasətinə son qoymaq istəyini təsdiqləməyib.

Ukrayna nizamlanmasında son maneə Zaporojetsk Atom Elektrik Stansiyasına nəzarət məsələsidir, çünki rəsmi Kiyev ABŞ-nin Moskva və Kiyev arasında nəzarətin bölüşdürülməsi təklifini “ədalətsiz” hesab edir. Qəzet xatırladır ki, Zelenski ZAES-in demilitarizasiyası və onun təmirinin maliyyələşdirilməsi mexanizmlərinin işlənib hazırlanmadığını bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv