Rəqəmsal dövrdə media savadlılığının artan rolu

Rəqəmsal dövrdə media savadlılığının artan rolu






Rəşad Cəfərli

"Presstv"az #Audi, #Azərbaycan, #informasiya texnologiyaları, #Rəşad CƏFƏRLİ, #Sosial şəbəkələr, #Süni intellekt, #Təhsil, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
Media mühitində transformasiyalar və yeni çağırışlar

       presstvaz   bildirir ki, “Media Savadlılığı” Həftəsi çərçivəsində növbəti maarifləndirici podkast ictimaiyyətə təqdim olunub. Podkastın bu buraxılışının qonağı Texnika elmləri doktoru, professor, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev olub.

Podkast zamanı Rasim Əliquliyev rəqəmsal mühitdə media savadlılığının əhəmiyyəti, informasiya cəmiyyətində baş verən sürətli transformasiyalar və bu dəyişikliklərin cəmiyyətə təsiri ilə bağlı geniş fikirlər səsləndirib. O qeyd edib ki, müasir dövrdə informasiya texnologiyalarının inkişafı ilə yanaşı, məlumat bolluğu da artıb və bu, vətəndaşlardan daha yüksək səviyyədə media savadlılığı tələb edir.

       Akademikin sözlərinə görə, rəqəmsal platformalarda yayılan informasiyanın düzgün təhlili, dezinformasiyanın ayırd edilməsi və etibarlı mənbələrə üstünlük verilməsi müasir dövrün əsas bacarıqlarından biridir. Xüsusilə sosial şəbəkələrin və süni intellekt əsaslı texnologiyaların informasiya məkanına təsiri media savadlılığı anlayışını daha da aktuallaşdırır.

Rasim Əliquliyev vurğulayıb ki, media savadlılığının inkişafı yalnız fərdi məsuliyyət deyil, eyni zamanda dövlət, təhsil müəssisələri və media qurumlarının birgə fəaliyyətini tələb edir. Bu sahədə maarifləndirici layihələrin, podkastların və ictimai müzakirələrin təşkili cəmiyyətin informasiya təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verir.

       Sonda qonaq media savadlılığının gənc nəsil arasında təbliğinin vacibliyini qeyd edərək, rəqəmsal mühitdə sağlam informasiya mübadiləsinin formalaşdırılmasının gələcək üçün strateji əhəmiyyət daşıdığını bildirib.

presstvaz  Medianın İnkişafı Agentliyinə  istinadən video materialı təqdim edir:

Rəşad CƏFƏRLİ,

 Presstv.az – Azərbaycan xəbər portalı

presstvaz    – Azərbaycanın etibarlı informasiya mənbəyi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.