30 yaşdan yuxarı ən bahalı oyunçuların reytinqi açıqlandı: Messi və Ronaldu yoxdur

30 yaşdan yuxarı ən bahalı oyunçuların reytinqi açıqlandı: Messi və Ronaldu yoxdur






presstv

"Presstv"az #"Mançester Yunayted", #Audi, #Everton, #Harri Keyn, #Kriştianu Ronaldu, #Lionel Messi, #Mançester Siti, #Məhəmməd Salah, #PSJ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Nüfuzlu “Transfermarkt” portalı dünyanın 30 yaşdan yuxarı ən bahalı 10 oyunçusunun yenilənmiş reytinqini açıqlayıb.

presstvaz-ın xəbərinə görə, siyahıya 65 milyon avro dəyərində qiymətləndirilən “Bayern Münhen”in 32 yaşlı ingilis hücumçusu Harri Keyn başçılıq edir. İkinci yerdə onun 30 yaşlı komanda yoldaşı, alman yarımmüdafiəçi Yoşua Kimmix (40 milyon avro) qərarlaşıb, üçüncü yerdə isə “Mançester Yunayted”in 31 yaşlı portuqaliyalı oyunçusu Bruno Fernandes (40 milyon avro) gəlir.

Tam reytinq aşağıdakı kimidir:

Harri Keyn (“Bayern”, 32) – 65 milyon avro.

Yoşua Kimmix (“Bayern”, 30) – 40 milyon avro.

Bruno Fernandes (“Mançester Yunayted”, 31) – 40 milyon avro.

David Raya (“Arsenal”, 30 yaş) – 35 milyon avro.

Markinyus (PSJ, 31 yaş) – 30 milyon avro.

Məhəmməd Salah (“Liverpul”, 33 yaş) – 30 milyon avro.

Andre Zambo-Anqissa (“Napoli”, 30 yaş) – 27 milyon avro.

Bernardu Silva (“Mançester Siti”, 31 yaş) – 27 milyon avro.

Joau Palinya (“Tottenhem”, 30 yaş) – 25 milyon avro.

Cek Qriliş (“Everton”, 30 yaş) – 25 milyon avro.

Qeyd edək ki, ulduz hücumçular – portuqaliyalı Kriştianu Ronaldu (12 milyon avro) və Lionel Messi (15 milyon avro) reytinqə daxil edilməyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv