"Green Kart"a qəbul dayandırılıb

"Green Kart"a qəbul dayandırılıb






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #Hadisə, #Lotereya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-da “yaşıl kart” lotereyası müvəqqəti olaraq dayandırılıb.

presstvaz xəbər verir ki, qərar ABŞ Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən qəbul edilib. Buna səbəb Braun Universitetində baş verən silahlı insidentdə şübhəli bilinən şəxsin ölkəyə məhz bu proqram vasitəsilə daxil olmasıdır.

ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem sosial şəbəkə X-də bildirib ki, **Donald Trump**ın göstərişi ilə ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinə (USCIS) DV proqramının dərhal dayandırılması tapşırılıb. Nazir qeyd edib ki, məqsəd amerikalıların təhlükəsizliyini təmin etməkdir.

Məlumata görə, Braun Universitetindəki atışmada şübhəli bilinən Klaudio Nevis Valenti 2017-ci ildə “yaşıl kart” lotereyası vasitəsilə ABŞ-a gəlib. Hadisə 13 dekabrda Providens şəhərində baş verib. Nəticədə 2 nəfər ölüb, 9 nəfər isə yaralanıb.

Hadisədən sonra şübhəli şəxs axtarışa verilib və daha sonra saxlanılıb. Bir neçə gün sonra o, sərbəst buraxılıb. Dekabrın 19-da isə həmin şəxsin meyiti aşkar edilib.

Qeyd edək ki, Donald Tramp daha əvvəl insident zamanı universitet ərazisində təhlükəsizlik kameralarının az olmasına görə narazılıq ifadə etmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv