Bu il Azərbaycanın meyvə və tərəvəz ixracı artıb

Bu il Azərbaycanın meyvə və tərəvəz ixracı artıb






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Azərbaycan, #Dollar, #Dövlət Statistika Komitəsi, #Meşə, #Xurma

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 807.4 milyon ABŞ dolları dəyərində 762.2 min ton meyvə və tərəvəz ixrac edilib.

presstvaz Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 28.6 faiz, həcm baxımından isə 24.9 faiz çoxdur. Belə ki, 2024-cü ilin 11 ayında meyvə və tərəvəz ixracı 610 min ton, dəyər ifadəsində isə 628 milyon dollar təşkil edib.

2025-ci ilin 11 ayında tərəvəz və meyvələrin ümumi ixracda xüsusi çəkisi 3.45 faiz, qeyri-neft məhsullarının ixracında payı isə 24.34 faiz olub. 2024-cü ilin yanvar-noyabr aylarında bu göstəricilər müvafiq olaraq 2.58 faiz və 20.32 faiz səviyyəsində qeydə alınıb.

Məhsullar üzrə müqayisə aparıldıqda, kartof ixracı 2024-cü ilin 11 ayında 48.3 min ton və 20.5 milyon dollar olduğu halda, 2025-ci ildə 71.1 min ton və 28.3 milyon dollar səviyyəsinə yüksəlib. Tomat ixracı ötən ilin müvafiq dövründə 129.8 min ton və 155.4 milyon dollar, cari ilin 11 ayında isə 158.3 min ton və 175.4 milyon dollar təşkil edib.

Meşə fındığı ixracı həcm baxımından 2024-cü ildə 18.3 min ton, 2025-ci ildə isə 17.4 min ton olub. Bununla belə, dəyər ifadəsində ixrac 115.9 milyon dollardan 150.5 milyon dollara yüksəlib. Alma ixracı ötən ilin 11 ayında 84.4 min ton və 53.2 milyon dollar, cari ildə isə 93.9 min ton və 65.9 milyon dollar olub.

Hesabat dövründə xurma ixracı 2024-cü ildə 120.3 min ton və 86.5 milyon dollar, 2025-ci ildə isə 145.9 min ton və 107.7 milyon dollar təşkil edib. Nar ixracı isə müvafiq olaraq 29.4 min ton və 25.8 milyon dollardan, 32.1 min ton və 31.4 milyon dollara yüksəlib.

Eyni zamanda, çay ixracı 2024-cü ilin yanvar-noyabr aylarında 679.4 ton və 6 milyon dollar, 2025-ci ildə isə 675 ton və 6.2 milyon dollar səviyyəsində olub. Bitki və heyvan mənşəli piylər və yağların ixracı ötən il 16 min ton və 25.5 milyon dollar, cari ildə isə 16.1 min ton və 26 milyon dollar təşkil edib.

Bundan başqa, şəkər ixracı 2024-cü ilin 11 ayında 49.3 min ton və 37.5 milyon dollar, 2025-ci ilin eyni dövründə isə 79.8 min ton və 57.1 milyon dollar olub. Tərəvəz və meyvələrin emal məhsullarının ixracı isə ötən il 23 min ton və 33.2 milyon dollar, cari ilin 11 ayında 20.8 min ton və 33.6 milyon dollar təşkil edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv