Pakistan vətəndaşına qarşı quldurluq edən şəxsə hökm oxundu

Pakistan vətəndaşına qarşı quldurluq edən şəxsə hökm oxundu






presstv

"Presstv"az #Audi, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Cinayət işi, #Hadisə, #Hakim, #Nəsimi Rayonu, #Pakistan, #Siqaret

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Pakistan vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Yunis Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşib.

presstvaz-ın məlumatina görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunaraq Yunis Ağayev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə iyun ayında saat 00:30-da Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, 34 ünvanında baş verib. İttihama görə, Yunis Ağayev əvvəlcədən tanış olduğu Pakistan vətəndaşı Fareed Ghulam Akhtar Muhammad Shakelin üz və bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vurub və onun cibində olan 430 manat nağd pulu, 5 manat dəyərində olan “Winston Xs” markalı siqaret qutusunu ələ keçirərək ümumilikdə ona 435 manat məbləğində maddi ziyan vurub. Faktla bağlı cinayət işi başlanılıb.

Yunis Ağayevə Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın) maddəsi ilə yekun ittiham elan olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv