“Honkonq qripi”nin adına etiraz: “Elmi reallığı əks etdirmir”

“Honkonq qripi”nin adına etiraz: “Elmi reallığı əks etdirmir”






presstv

"Presstv"az #Audi, #Epidemiya, #Honkonq, #İspaniya, #pandemiya, #Qrip, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Honkonq qripi” termininin A(H3N2) qrip virusuna aid edilməsi səhvdir”.

presstvaz Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Honkonqun səhiyyə departamentindən məlumat verilib.

Qeyd olunur ki, ştam adları xəstəliyin ilk aşkarlanma yeri və ilinə əsaslanır, lakin bu, virusun əsl mənşəyini göstərmir.

“Buna görə də A(H3N2) alttipini Honkonqla əlaqələndirmək elmi reallığı əks etdirmir. A(H3N2) uzun müddətdir mövsümi qrip virusu kimi təsnif edilir. 50 ildən artıqdır ki, qlobal miqyasda yayılır və yerli və ya yeni ştam hesab edilə bilməz. Xəstəliyin Honkonqda yarandığı iddiaları əsassızdır”, – deyə departamentin yaydığı məlumatda bildirilib.

Nümunə olaraq, mütəxəssislər 1918-20-ci illərdə baş verən və “İspan qripi” adlandırılan qrip pandemiyasını göstəriblər. Qeyd olunur ki, həmin epidemiyanın mənşəyi İspaniya olmayıb.

Xatırladaq ki, A(H3N2) virusu ilk dəfə 1968-ci ildə Asiya ölkələrində aşkar edilib. 1968-69-cu illərdə qrip pandemiyasına səbəb olub və sonradan mövsümi ştamların bir hissəsinə çevrilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv