Bakıda elektrik çaydanına görə iş yoldaşını bıçaqlayan şəxs həbs edilib

Bakıda elektrik çaydanına görə iş yoldaşını bıçaqlayan şəxs həbs edilib






presstv

"Presstv"az #Audi, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #çayda, #Çin, #Hadisə, #Məhkum, #Sabunçu rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda iş yoldaşını bıçaqlayan fəhləyə hökm oxunub.

presstvaz-ın məlumatına görə, hadisə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində baş verib.

İsrayıl ət kəsimi yerində birlikdə işlədiyi Çingizi (Adlar şərtidir) bıçaqlayıb. Belə ki, 11 dekabr 2024-cü il tarixində İsrayıl evə daxil olduqda, Çingiz ona elektrik çaydanının kabelini kəsdiyinə görə irad tutub. Bu zaman İsrayıl da onunla mübahisə etməyə başlayıb. Mübahisə zamanı İsrayıl onu əli ilə yerə yıxıb, sonra bıçaqla zərbələr endirməyə başlayıb. Çingiz İsrayılı özündən kənara itələyib və İsrayıl hadisə yerini tərk edib. Daha sonra Çingiz ət kəsim yerinin sahibi olan Qədimə zəng edib və İsrayılın onu bıçaqladığını bildirib. Qədim evə gələrək onu xəstəxanaya aparıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, yeddi il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv