Millət vəkili: “Psevdo-liberallar sülh prosesinə xələl gətirmək üçün yenidən fəallaşıblar”

Millət vəkili: “Psevdo-liberallar sülh prosesinə xələl gətirmək üçün yenidən fəallaşıblar”






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Bakı, #Cənubi Qafqaz, #Çin, #Ermənistan, #Müharibə, #Zəngəzur dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İslamofob mövqeyi ilə bədnam olan Avropa Parlamentində keçirilən dinləmə, qəbul edilən qətnamə Azərbaycanın təşəbbüskarı olduğu sülh və dövlətlərarası normallaşma prosesinə müdaxilə cəhdidir”.

presstvaz xəbər verir ki, bunu deputat Rizvan Nəbiyev parlamentin bugünkü iclasında deyib.

O bildirib ki, “Avropa İttifaqı-Ermənistan tərəfdaşlığı üçün strateji gündəlik” sənədində yer alan bir sıra məsələlər regiona qərəzli yanaşmanın bariz nümunəsidir:

“Ermənistanın hərbiləşdirilməsi məqsədi ilə “Avropa Sülhü Fondu” adlandırılan mexanizmin yenidən işə salınması da bunu təsdiqləyir. Brüssel Ermənistanda insan haqlarının pozulmasına açıq şəkildə göz yumur. Cari il ərzində din xadimlərinin, siyasətçilərin həbsi ilə bağlı nə bir bəyanat verilib, nə də hər hansı dinləmə təşkil olunub. Əksinə, Ermənistan hökumətinə davamlı və məhdudiyyətsiz siyasi dəstək ifadə edilir. Daha bir narahatedici hal ondan ibarətdir ki, Ermənistanın və onun işğal dövründə Azərbaycanın ərazilərində yaratdığı marionet rejimin törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlərinə görə hazırda Bakıda açıq məhkəməsi gedən erməni əsilli şəxslərə Avropa İttifaqı dəstək nümayiş etdirir”.

Deputat əlavə edib ki, təkcə Cənubi Qafqazda deyil, Avropa İttifaqının Mərkəzi Asiya və Çinlə ticarət münasibətlərində də Azərbaycanın malik olduğu geosiyasi mövqe, resurslar və yaratdığı infrastruktur həlledici əhəmiyyət daşıyır:

“Biz isə Avropa İttifaqı-Ermənistan arasındakı “strateji gündəlik”də Zəngəzur dəhlizinə – TRİPP marşrutuna istinad görmədik. Reallıqların təhrifi və ikili standartlar Avropa İttifaqının regionda sülh, normallaşma və etimad quruculuğu proseslərinə qərəzli siyasətini bir daha nümayiş etdirir. Görünən odur ki, Avropa İttifaqı daxilində müəyyən qüvvələr, o cümlədən psevdo-liberallar regionda yaranmış sülh prosesinə xələl gətirmək niyyəti ilə yenidən fəallaşıblar”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv