Sosial şəbəkələrdə gündəm olan velosipedçilər DANIŞDILAR

Sosial şəbəkələrdə gündəm olan velosipedçilər DANIŞDILAR






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #İdman, #Sosial şəbəkələr, #Təhsil, #Velosipedçi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sürətlə dar küçələrdən və pilləkənlərdən enib qalxırlar, hər kəs onları həm həyəcanla, həm də narahatlıqla izləyir. Kimisi onların hərəkətlərini ekstrim, kimisi hobbi, kimisi isə təhlükəli manevr kimi qiymətləndirir.

presstvaz xəbər verir ki, Xəzər TV əməkdaşları dağ velosipedi idmanı ilə məşğul olan yeniyetmələrlə elə görüntülərin yayıldığı ərazidə – Bayılda, Əlibəyov qardaşları küçəsində görüşüblər.

Onlar üç dostdur, biri 7, digəri 8, o birisi isə 4 ildir artıq idmanın bu növü ilə məşğul olduğunu fəxrlə deyir. Asudə vaxtlarını birlikdə keçirdiklərini dilə gətirirlər.

“Təhlükəli halla qarşılaşacağınız təqdirdə vəziyyətdən necə çıxırsınız?”, – sualını isə hər kəs özünəməxsus cavablandırır.

Hər üç müsahib dərslərini yaxşı oxuyur. Deyirlər ki, velosipedə olan bu sevgi onların idman sahəsində gələcək karyeralarının başlanğıcıdır. Hər üçü idmanın bu növü üzrə peşəkar təhsil almaq üçün Avropaya üz tutacaqlarını dilə gətirir. Onların yeganə narahatlığı məşq üçün şəhərdə uyğun ərazilərin olmamasıdır.

Azərbaycan Velosiped İdman Federasiyasının məşqçisi Səhər Mehman qeyd edib ki, sosial şəbəkələrdə yayılan görüntülər insanlarda təşvişə səbəb olsa da, idmanın bu növünə yeniyetmələr arasında böyük həvəs var.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv