Sürücü qəza zamanı vəfat edərsə, dəyən ziyanı kim ödəməlidir?

Sürücü qəza zamanı vəfat edərsə, dəyən ziyanı kim ödəməlidir?






presstv

"Presstv"az #Audi, #Avto, #Hadisə, #Nəsimi Rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tanınmış bədii qiraətçi, Əməkdar müəllim Nadir Hüseynov paytaxtın Nəsimi rayonu, Alı Mustafayev küçəsində avtomobili idarə edərkən qəfil ürək çatışmazlığı keçirib və idarəetməni itirib. Nəticədə, avtomobil dayanacağa çırpılıb. Nadir Hüseynov hadisə yerində həlak olub.

Qəza zamanı dayanacaqda olan bir qadın ciddi xəsarət alıb.

“Sükan arxasında olarkən ürəyi dayanıb, gəlib qadını vurdu. Qadının vəziyyəti ağır idi. Kişi ola bilsin ki, əsəbiləşib, infarkt keçirib”, – hadisə şahidi bildirib.

Bəs sürücü qəza zamanı vəfat edərsə, dəymiş ziyan kim tərəfindən ödənilməlidir?

Hüquqşünas Vüsal Cəfərovun sözlərinə görə, qanunvericiliyə əsasən, təqsirkar şəxsin ölümü onun vurduğu zərərin ödənilməsi öhdəliyini aradan qaldırmır:

“İlk növbədə, vurulmuş zərər təqsirkar şəxsin əmlakı hesabına ödənilməlidir. Eyni zamanda, təqsirkar şəxsin əməli nəticəsində zərərçəkmiş şəxs onun mirasını qəbul etmiş vərəsələrinə qarşı iddia tələbi ilə çıxış edə bilər”.

Daha ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv