Bağırsaq xərçəngi diaqnozu qoyulan qadın xəstəliyin üç əsas simptomunu açıqladı

Bağırsaq xərçəngi diaqnozu qoyulan qadın xəstəliyin üç əsas simptomunu açıqladı






presstv

"Presstv"az #ABŞ, #Audi, #Həkim, #Xərçəng xəstəliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yoğun bağırsaq xərçəngi diaqnozu qoyulmuş 24 yaşlı ABŞ vətəndaşı Peyc Zayfert xəstəliyin üç əsas simptomunu açıqlayıb.

presstvaz xəbər verir ki, P.Zayfert bu barədə “Daily Mail” nəşrinə danışıb.

O bildirib ki, 2024-cü ilin avqustunda nəcisdə qan, qarın ağrısı və daimi yorğunluq şikayəti ilə həkimə müraciət edib.

“Məndə qeyri-müntəzəm ağrılar baş verirdi. Bu ağrılar zamanı orqanizmimdə nəyinsə düz getmədiyini hiss edirdim. Bu, ürəkbulanma, qarın ağrısı və ya spazmlar şəklində özünü büruzə verirdi”, – deyə o bildirib.

P.Zayfert onu da qeyd edib ki, əvvəlcə xərçəng xəstəliyinə məruz qaldığını düşünməyib və onu müayinə edən həkim də bu fikirlə razılaşıb, çünki gənc yaşlı qadınlarda xərçəngin bu növünə nadir hallarda rast gəlinir. Bununla belə, ənənəvi müalicə nəticə vermədiyindən onu kolonoskopiyaya göndəriblər və detallı müayinə zamanı xərçəng xəstəliyinin bağırsaqdan kənara yayıldığı aşkarlanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv